“AZGRANATA” MMC

2011- ci ildə fəaliyyətə başlayan “AZGRANATA” MMC Cənubi Qafqazın ən böyük alkaqollu və alkaqolsuz içkilər istehsalçılarından biridir. Ağsu rayonunda fəaliyyət göstərən zavod 14 hektar ərazini əhatə edir. Dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuş zavod konservanstız təbii meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir. Zavodun meyvə qəbulu, meyvə şirəsi emalı, tetra pak dolumu və qablaşdırılması,Şüşə dolum və qablaşdırma,Kompot istehsalı bölmələri fəaliyyət göstərir. “AZGRANATA” saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə sahibdir.

Avadanlıqları Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransadan təmin edilən zavodda 2 milyon litrəlik hazır məhsul anbarı da mövcuddur. Bundan əlavə zavodun tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikrobioloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik standartlara uyğunluğu təmin olunur.


“AZGRANATA” MMC-nin bağları

Üzüm bağları:

2006-cı ildən Şamaxı rayonunun ərazisi olan Böyük Qafqaz sıra dağlarının Adnalı yaylasında dəmyə torpaqlarda dəniz səviyyəsindən 600-700 metr hündürlükdə üzüm bağlarının salınmasına başlanılıb. Texniki həmçinin süfrə üzüm sortlarının əkildiyi 414 hektar sahədə salınmış bağlarda şərabçılıq tarixində öz yeri olan yerli və xarici üzüm sortları yetişdirilir.

Üzüm bağlarında süfrə üzüm sortlarından Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalye, Centenial seedless, Crimson seedless, Thompson seedless, Red Globe.

Texniki üzüm sortlarından isə Mədrəsə, Bayanşirə, Saperavi, Rkasiteli, Muskat, Merlot, Cabernet Franc, Cabernet Sauvignon, Risling, Şiraz, Glera, Chardonnay üzüm sortları mövcuddur. 

Nar bağları:

“AZGRANATA” MMC-nin nar bağlarının salınmasına da 2006-cı ildən başlanılıb. Ağsu rayonunun Hacıqədirli və Qaravəlli kəndlərində salınmış nar bağları hal-hazırda ümumilikdə 350 hektara yaxın sahəni əhatə edir. Nar bağlarında Azərbaycan Gülövşəsi, Çəhrayı Gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl və Qırmızı mələz sortları aqrotexniki qaydalara uyğun olaraq yetişdirilir. Nar bağlarının bir hissəsi orqanikdir.

“AZGRANATA” MMC-də meyvə bağları, meyvə istehsalı, əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.


Hədəf və Missiyamız:

“AZGRANATA” MMC  yarandığı gündən Azərbaycanda üzümçülük və narçılıq sahəsində gördüyü işlərlə ölkə iqtisadiyyatında kənd təsərrüfatının həcminin artmasına, qeyri-neft sektorunun inkişafına töhfəsini verib. Həmçinin istər meyvə şirələri, istərsə də şərabları ilə “Made in Azerbaijan” loqosunun dünyada tanıdılması istiqamətində bir sıra uğurlara imza atıb. 

“AZGRANATA” MMC Azərbaycan xalqının çoxəsrlik şərabçılıq ənənələrini öyrənərək, müasir dövr texnologiyaları ilə dünya bazarında rəqabətə davamlı yerli brendini yaratdı.


Alkoqolsuz içkilərin istehsalı sektoru:

Burada saatda 20 ton meyvənin emal edilməsi üçün nəzərdə tutulan istehsal kompleksi, 8000 ədəd 1 litrlik tetrapak, 9000 ədəd 200 ml tetrapak, 4000 ədəd 1 litrlik şüşə və 4000 ədəd 1 litrlik kompot istehsal edilməsi üçün nəzərdə tutulub və bütün zəruri avadanlıqlarla təchiz olunub. Əlavə olaraq müəssisəmizdə saatda 8000 ədəd 1 litrlik, 8000 ədəd 500 ml limonad istehsal edilməsi üçün zəruri işlərə başlanmışdır. 

meyvələrin qəbulu və ilkin emalı bölümü: bura çəyirdəkli, çəyirdəksiz və tumlu meyvələrin emalı texnologiyaları daxildir.

nar tumunun qurudulması bölümü: bura Türkiyə istehsalı olan fırçalama, təbii qazla təchiz olunmuş meyvə və tum qurutma, çeşidləyici ələk, qablaşdırma (800 kiloqramlıq kisə) avadanlıqları daxildir. Əldə edilən məhsul kosmetik vasitələrin hazırlanması və dərman preparatlarının hazırlanması üçün müxtəlif ölkələrə ixrac olunur.

aseptik saxlanma bölümü: bura qısa müddətli yüksək tempraturlu pasterizator, aseptik saxlanma çənləri (56 ədəd, hər biri 50 ton, cəmi 2800 ton) daxildir

narşərab hazırlanması bölümü: bura evaporasiya qurğusu və qablaşdırma qurğusu daxildir.

xammal emalı bölümü: bura çeşidləşdirici çənlər, qarışdırıcılar və sirop hazırlanması üçün lazımi avadanlıqlar daxildir

limonad istehsalı bölümü: bura 1 litrlik, 2 litrlik, 700ml və 500 ml (Şüşə və Plastik qablaşmada) limonad dolum və qablaşdırılması üçün nəzərdə tutulmuş istehsal xətti daxildir.

tetrapak proses, dolum və qablaşdırma bölümü: bura sterilizasiya, posterizasiya, homogenləşdirici qurğu, 1 litrlik və 200 ml olmaqla 2 ədəd istehsal xətti daxildir

şüşə dolum və qablaşdırma bölümü: bura posterizasiya, homogenləşdirici qurğu, 1 litrlik və 200 ml olmaqla 1 ədəd istehsal xətti daxildir

kompot istehsalı bölümü: bura meyvələrin yuyulması, çeşidlənməsi, təmizlənməsi və 1 ədəd istehsal xətti daxildir.(Qeyri mövsüm vaxtı isə 1 litrlik və 200 ml şirələr istehsal olunur)

yarımfabrikatın hazırlanması və qablaşdırılması bölümü: bura evoparasiya qurğusu, ultra filtr və 250 kiloqramlıq çəlləklər üçün nəzərdə tutulmuş aseptik dolum avadanlıqları daxildir.

köməkçi sahələr: bura soyuducu qurğular, saatda 55 ton suyun 3 mərhələli təmizlənmə sistemi, havalandırma sistemi və texniki xidmət bölümü daxildir.

istehsal sahəsində istehsal edilən məhsulların keyfiyyətinə nəzarət üçün laboratoriyanın nəzdində laborant otağı fəaliyyət göstərir.


Alkoqollu içkilərin istehsalı sektoru:

Burada üzüm qəbulu və ilkin emal xətti, distillə bölümü, şərab və digər spirtli içkilərin hazırlanma, saxlanama və süzmə bölümləri fəaliyyət göstərir. Şərab süzmə xətti saatda 6000 ədəd şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 ədəd şüşə istehsal edir.

Müəssisədə möhtəşəm dequstasiya zalı zövqlə dizayn edilib. Hətta burada kiçik bir şərabçılıq muzeyi də yaradılıb. Muzeydə şərabçılığa aid bir çox qədim eksponatlar, müxtəlif illərə aid şərablar, şərabçılığa aid kitablar yer alır. 

Müəssisənin Alkoqollu içkilər sektorunda istehsal edilən məhsul çeşidləri bunlardır:

Süfrə şərabları və xüsusi şərablar, oynaq şərablar, meyvə şərabları, konyaklar, meyvə araqları, viskilər, vodkalar, xüsusi vodkalar.

Zavodda şərabların saxlanılması üçün istifadə olunan çəlləklər Cənubi-qərbi Avropa, Şərqi Avropa və Amerika palıdlarından hazırlanır. Çəllək hazırlamaq üçün palıdın çoxillik oduncaq hissəsi tətbiq olunur. AZGRANATA bu çəlləkləri Fransanın və İtaliyanın qədim və məşhur şirkətlərindən əldə edir.

Şərab tıxaclarının hazırlanmasında isə Aralıq dənizi ölkələrində bitən mantar palıddan istifadə olunur. Tıxac təmizlənir və 6-24 ay ərzində sakit saxlandıqdan sonra qaynar suda bişirilərək dezinfeksiya edilir və taninləri yuyulur.


İxrac:

AZGRANATA zavodunda istehsal edilən istər alkaqollu, istərsə də alkaqolsuz içkilər dünyanın bir sıra ölkəsinə ixrac edilir. Həmçinin zavodun xüsusi məhsulları olan nar şərabları, konsentratları da ölkənin ixrac məhsulları sırasında böyük bazar payına sahibdir. Şirkətin ixracatçıları siyahısına ABŞ, Kanada, Çin, Almaniya, İsrail, Rusiya, Ukrayna kimi inkişaf etmiş ölkələr başçılıq edir.

AZGRANATA şirkətinin məhsulları Almaniyanın KIWA GmbH İnstitutu tərəfindən orqanik seritifikatlaşdırılıb. Həmçinin aşağıdakı sertifikatlarımız var:

  •  BIO sertifikatı (Avropa İttifaqı)
  •  USDA Organic (ABŞ)
  •  Kosher sertifikatı
  • ISO 22000: 2018 Qida təhlükəsizliyini İdarəetmə Sistemi
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi
  •  Halal sertifikatı