Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
30-dan çox ölkənin iştirak etdiyi Rusiya və Şərqi Avropa üzrə Beynəlxalq Qida və İçki Sərgisində AZGRANATA şirkəti olaraq brend məhsullarımızla iştirak etdik. Bu böyükmiqyaslı sərgi həm yeni, həm də istehsal təcrübəsinə malik bütün brendlər üçün xüsusi strateji əhəmiyyət kəsb edirdi. Sərgidə iştirakın əsas məqsədi AZGRANATA məhsullarının ixrac potensialını artırmaq üçün yeni müştərilər cəlb etmək idi. 5-9 fevral tarixlərində baş tutan bu yarmarkada öz stendimizdə sevilən və yüksək keyfiyyətli məhsullarımızı nümayiş etdirdik. Nəticədə bir sıra brendlərimiz üçün yeni müştərilər qazanmağa nail olduq.