AZGRANATA MMC-nin ixrac tarixi 2011-ci ilin noyabr ayından Almaniyaya orqanik nar şirəsi ixracından başlayıb. Son illərdə daha da güclənən Şirkətin ixrac fəaliyyəti ölkənin ixracının artırılması siyasətində mühüm rol oynayır. Belə ki, AZGRANATA məhsulları hazırda ABŞ, Kanada, Rusiya, Almaniya, Fransa, Hollandiya, Macarıstan, Finlandiya, Yunanıstan, Belçika, Polşa, Avstriya, Ukrayna, Belarusiya, BƏƏ, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail və Avstraliyaya ixrac olunur. Dünya bazarlarında orqanik nar şirəsi tələbatını ödəyən nar şirələrimiz keyfiyyətinə və rəqabət qabiliyyətinə görə dünyanın 20-dən çox ölkəsində sabit mövqelər tutur. Zavodda istehsal olunan məhsullar aşağıdakılarla sertifikatlaşdırılıb. Müəssisəmiz aşağıdakı beynəlxalq sertifikatlara layiq görülüb:

  •  BIO sertifikatı (Avropa İttifaqı)
  •  USDA Organic (ABŞ)
  •  Kosher sertifikatı
  • ISO 22000: 2018 Qida təhlükəsizliyini İdarəetmə Sistemi
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi
  •  Halal sertifikatı