Zəngin tarixlə dolu qədim şərab bölgəsi olan Şirvanın heyranedici üzüm bağlarının gözəlliyini bizə qoşularaq kəşf edin. Burada səyahət edərək Cənubi Qafqazın ən böyük şərab zavodlarından birinin istehsal prosessinin tam qəlbinə qərq ola bilərsiniz. Əlinizdə qədəh ilə dequstasiya zalımızın terrasında əyləşərək mənzərədən həzz alacaqsınız. Həmçinin burada qonaqlar şərabçılıqla əlaqəli qədim eksponatlarla tanış ola biləcək. İlin fəslindən asılı olaraq nar və üzüm bağlarında məhsul yığımı prosessində də iştirak edə bilərsiniz. Ziyarətçilər gəzinti zamanı təbiətin şərabla mükəmməl uyğunlaşdığı məkanda şərabın dadına baxa bilərlər.
Əgər mövsümdə gəlməmisinizsə narahat olmayın. Burada xeyli maraqlı yerlər var. Onlardan biri də Orta əsr Azərbaycanın misilsiz memarlıq abidələrindən biri olan Şamaxı şəhəri yaxınlığındakı Kələxana türbələridir.
Qazıntılar zamanı qədim bir şəhərin qalıqlarının tapıldığı Ağsu bölgəsindəki tarixi əhəmiyyətli Arxeologiya Muzeyini ziyarət etməyi də təklif edirik.