“White Water” vodka brendinin təqdimat mərasimi keçirildi

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
“AZGRANATA” zavodunun illərdir sevilən vodka brendlərindən olan “White Water” vodkasının rebrendinqi və premium şərab seqmentində yeni brendi “Heritage”i geniş ictimaiyyətə təqdim olunub.
Ağsu vodkalarının brendləşməsində müstəsna rol oynayan “White Water” vodkası müasir dizayn tələblərinə uyğun yenidən dizayn edilərək, xoş dadı ilə yanaşı görünüşü ilə də müştərilərin zövqünü oxşamağa davam edəcək.
Təqdimatda zavod rəhbərliyi, AZGRANATA şirkətinin ölkə bazarındakı əsas distributoru olan”Veysəloğlu” dağıtım şirkətinin əməkdaşları və ictiamiyyət nümayəndələri iştirak edib.
“AZGRANATA” zavodunun idarə heyətinin sədri Ceyhun Bəxtiyarlı zavodun 11 illik fəaliyyəti, qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi barəsində məlumat verib.
“AZGRANATA” şirkətinin Kommersiya departamentinin direktoru Cəlal Şirəlizadə də öz növbəsində qonaqları salamlayıb, şirkətin məhsulları ilə bağlı ətraflı çıxış edib.
Baş texnoloq Viktor Bankov da çıxışı zamanı “White Water” vodkasının hazırlanmağında son texnologiyadan istifadə edildiyini bildirib. O, vurğulayıb ki, vodka “Alfa” etil spirtindən, klassik resept əsasında hazırlanır və 6 pilləli filtr mərhələsindən keçir. “Vodka üç pillədə gümüş filtrlərdən keçirilir ki, bunun sayəsində vodkanın dadı zərif olur və içki sonradan hər hansı başağrı kimi yan təsir göstərmir”.
Tədbirdə çıxış edən marka meneceri Səadət xanım “White water” brendinin yenilənməsini zərurətə çevirən səbəblər barəsində danışıb. “Brendimiz 2015 və 2018-ci illərdə dizayn edilib. Ancaq bu dizaynlar dövr keçdikdcə, “White Water” konsepsiyasını tam özündə əks etdirmədiyi üçün, rebrendinqə ehtiyac yarandı. Yeni dizaynda Ağsu vurğusunu qabartmışıq”.
Daha sonra tədbir iştirakçıları arasında viktorina keçirilib və “AZGRANATA” brendləri barəsində verilən sualları doğru cavablandıranlar, mükafatlandırılıb.