“AZGRANATA” uşaq evinin balaca sakinlərini sevindirdi

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
“AZGRANATA” MMC Yeni Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evini ziyarət edərək, valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirib.

Şirkətin müqəddəs Ramazan ayı münasibətilə təşkil etdiyi xeyriyyə tədbirində tanınmış influnserlər də iştirak edib.

Ziyarət zamanı uşaqlar üçün nahar süfrəsi və əyləncə proqramı təşkil olunub.

Sonda uşaqlara “AZGRANATA” MMC tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “AZGRANATA” MMC uşaq evləri ilə qocalar evlərinin sakinləri üçün mütəmadi olaraq xeyriyyə tədbirləri keçirir. Şirkət eyni zamanda aztəminatlı ailələrə baş çəkərək onların qayğıları və problemləri ilə maraqlanır, maddi və mənəvi dəstək göstərir.