Somelye

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Pozisiya: Somelye

      • Lazımı tələbnamələrin əsasında məhsulların satış məntəqələrinin nümayəndələrinə tanıtımını etmək;
      • Əsasən HoReCa satış zəncirinə aid olan yeni satış nöqtələrinin axtarışını həyata keçirmək, araşdırmaq, əldə etdiyi məlumatları birbaşa rəhbərinə təqdim etmək;
      • Satış nöqtələrində məhsulların yerləşdirilməsi, məhsulların adlarının mehmanxana, otel və restoranların menyularında sıralanması qaydasını nəzərdən keçirmək, müştərilərlə razılaşdırmaq;
      • Satış nöqtələrində HoReCa-da çalışan personala təlimlərin keçirilməsini və tanıtımı həyata keçirmək;
      • Cəmiyyətin və eyni zamanda distirbutorun əməkdaşlarına (əsasən şərabla işləyənlərə) təlimlərin keçirilməsi təşkil etmək;
      • Mütəmadi olaraq xüsusi restoranlarda restoran müştərilərinə şərab tanıtımını, dequstasiyanı və təlimlərin verilməsini həyata keçirmək, şərab məhsullarını reklam etmək;
      • Müəssisəyə qonaqların, o cümlədən HoReCa-ya aid olan şəxslərin ziyarəti turlarını təşkil etmək və müvafiq təlimlər keçmək;
      • Tabeçiliyində olan əməkdaşların təlimatlandırmaq, onlar arasında iş bölgüsü aparmaq və onların işlərinə nəzarəti həyata keçirmək;
      • VİP marketlərdə şərab vitrinlərinin düzlüş qaydalarını müəyyənləşdirmək və razılaşdırmaq,məsləhətlərini vermək və icrasına nəzarət etmək;
      • Sosial şəbəkər üçün müştərinlərin verdiyi suallar əsasında videoçarxlar hazırlamaq və təqdimatını həyata keçirmək;
      • Görülmüş işlərə dair həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək;

Vakansiya ilə maraqlanan şəxslər  CV lərinizi  cv@azgranata.az ünvanına və məktubun mövzusuna “Somelye” qeyd etməklə göndərə bilərsiniz