“AZGRANATA” təltif olundu

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Aprelin 11-də Nizami Kino Mərkəzində Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı Gənclərin Birinci Forumu” həyata keçirilib.

AZGRANATA şirkətinin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumatda bildirilir ki, forum hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərə həsr olunub.

Forumda Prezidentinin Administrasiyasının Gənclər Siyasəti və İdman məsələləri şöbəsinin gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisinin deputatı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, ali təhsil müəssisələrinin rektorları, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları və media nümayəndələri, o cümlədən 200-dən çox gənc iştirak edib.

Forumun gedişatına əsasən baş tutan çıxışlardan sonra ötən iki il ərzində “Davam” Gənclər Hərəkatının fəaliyyətinə daimi dəstək göstərən ali təhsil müəssisələri, özəl şirkətlər və şəxslərin təltifolunma mərasimi keçirilib. Təlitif olunan şirkətlər sırasında AZGRANATA şirkəti də var.

Rəsmi hissənin yekunu olaraq “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətinin maraqlı anlarını özündə əks etdirən videoçarx və “Davam” adlı klip nümayiş olunub.