Əsas müştərilər üzrə menecer

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Pozisiyanın adı: “Əsas müştərilər üzrə menecer” (Key Account Manager)
Tələblər:

• İş təcrübəsi 3 ildən 6 ilə qədər, ali təhsilli.
• Əla səviyyədə azərbaycan və rus dilləri bilikləri;
• Şəbəkə marketlər ilə  satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
• İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
• Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
• Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
• Yaş həddi 30-45 yaş arası;
• Şəxsi avtomobilin olması

Vəzifələri:

• Satış planları və hədəflərinə nail olmaq üçün Şəbəkə marketlər üzrə satış təmsilçilərinin idarə edilməsi;
• Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
• Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
• Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
• Satış işçilərinin seçilməsi və uyğunlaşdırılması.

Şərtlər:
• İş qrafiki: 5 günlük, (09:00 – 18:00);
• İş yeri: şəhəri; Bakı